Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bəzi bölgələrdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

2 dəq
Paylaş:
Bəzi bölgələrdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı müşahidə olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 16:00-a olan məlumatında əks olunub.

-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.

Belə ki, Bakıda və yarımadasında, eyni zamanda Şamaxı, Xaltan, Altıağac, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Şahdağda şimşək çaxır, arabir yağır.

***

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 11:00-a olan məlumatında əks olunub.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Gədəbəydə 32, Balakəndə 27, Sarıbaşda (Qax) 9, Altıağacda 5, Göygöl, Kişçay (Şəki), Qəbələdə 3, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan, Qusarda 2, Ceyrançöl, Şahbuz, Gəncə, Naftalan, Zaqatala, Oğuz, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Kəlbəcər, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağdam, Biləsuvarda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax