Yaxın Şərqdə gərginlik artmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, İrana məxsus olduğu bildirilən raket Qətər hava məkanında zərərsizləşdirilib.
Hadisənin təfərrüatları və raketin hansı məqsədlə atıldığı barədə hələlik rəsmi açıqlama verilməyib.
Hazırda bölgədəki hərbi mənbələr və hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.