Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İstisuda itkin düşən 8 nəfər xilas edildi

1 dəq
Paylaş:
İstisuda itkin düşən 8 nəfər xilas edildi

rayonunun İstisu qəsəbəsində relyefli - ərazidə itkin düşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edərək xilas edib.

Axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax