Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kəlbəcər və Laçına sulu qar yağıb

1 dəq
Paylaş:
Kəlbəcər və Laçına sulu qar yağıb

Ölkə ərazisində əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək ərazilərdə isə (, Laçın) sulu qar yağıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 3, Gəncə, , Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və yarımadasında, eyni zamanda Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir. Küləyin maksimal sürəti Kəlbəcərdə 25, Ağstafada 21, Tovuz və Xınalıqda 20, Goranboyda 19, Zəngilan, Naftalan və Daşkəsəndə 18 m/s, Lerik və Gədəbəydə 16 m/s-dək çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax