Xəzər dənizində zəlzələ olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, maqnitudası 3.2 olan yeraltı təkan yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 18 zəlzələ olub.