Qusar rayonunda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı axtarışda olan şəxs saxlanılmağa cəhd edilib. Bu zaman həmin şəxs polis əməkdaşlarına qarşı odlu silah tətbiq edərək müqavimət göstərib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, polis əməkdaşlarının gördüyü tədbirlər nəticəsində R.Rəsulov zərərsizləşdirilib. Hadisə yerində aparılan baxış zamanı bir ədəd tapança aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.