Bakıda və Abşeron yarımadasında hazırda güclü şimal-qərb küləyi əsir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 13:00-a olan məlumatında qeyd edilib.
Küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2,8 metrdir.
***
Azərbaycanın bəzi yerlərində şimal-qərb küləyi əsir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.