Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı İqlim Həftəsi bu il keçiriləcək

2 dəq
Paylaş:
Bakı İqlim Həftəsi bu il keçiriləcək

Bu il yenidən Azərbaycanda Bakı İqlim həftəsi keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərsalmada İqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi" sessiyada deyib.

Onun sözlərinə görə, və regional səviyyədə üzrə əməkdaşlığa ciddi töhfələr verib:

"Ölkəmiz ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda edir. Hazırda Azərbaycan 20-dən çox ekoloji konvensiya və protokollara qoşulub. Bunların sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliyyət göstərən bir sıra beynəlxalq konvensiyalar yer alır".

Nazir həmçinin xatırladıb ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edib:

"COP29-un nəticəsi olaraq bütün ölkələr İtki və Zərər Fondunun fəaliyyətə başlaması barədə razılığa gəldilər, Adaptasiya üzrə Yol Xəritəsi qəbul edildi, Bakı Maliyyə Hədəfi müəyyən edildi. Cari ilin 7-11 sentyabrında Konvensiyanın mandatı altında Bakı İqlim həftəsi keçiriləcək".

Qeyd edək ki, ilk dəfə Bakı İqlim həftəsi 2024-cü, ikinci analoji tədbir isə 2025-ci ildə keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax