Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Heydər Əliyev və mədəni dəyərlər mövzusunda konfrans keçirilib

2 dəq
Paylaş:
Heydər Əliyev və mədəni dəyərlər mövzusunda konfrans keçirilib

Bakıda "Ümummilli Lider və Azərbaycanın dəyərləri" mövzusunda keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ümummilli Lider üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi olub.

Qeyd edilib ki, ana dilinə sevgi, ədəbiyyata, musiqiyə və milli adət-ənənələrə bağlılıq Ulu Öndərin siyasətində xüsusi yer tutub. Bu dəyərlər yalnız keçmişin yadigarı kimi deyil, həm də müasir dövlət quruculuğunun və mənəvi inkişafın əsas sütunları kimi dəyərləndirilib.

Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri professor Fuad Məmmədov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Xalq şairi Vahid Əziz, Xalq artisti Əbdül Mahmudov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının sədri, mədəniyyət nazirinin köməkçisi Emin Həsənov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən ətraflı söz açıblar.

Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət bədii proqram təqdim olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax