Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

TƏCİLİ: İçərişəhər qala divarları dağıldı, ərazi nəzarətə alındı

2 dəq
Paylaş:
TƏCİLİ: İçərişəhər qala divarları dağıldı, ərazi nəzarətə alındı

İçərişəhər ərazisindəki Qala divarının qismən dağılması ilə əlaqədar təcili işlərinə başlanılıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi abidənin dayanıqlığını təmin etmək və əlavə deformasiyanın qarşısını almaq üçün dərhal operativ konservasiya tədbirləri həyata keçirir.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, ilkin sabitləşdirmə işlərindən sonra ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq. Məhz bu ekspertizanın nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası təmin ediləcək.

İdarədən qeyd olunub ki, aşınma hadisəsi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində alınıb və bu ərazidə indiyədək heç bir restavrasiya müdaxiləsi edilməyib. Dağılmaya əsas səbəb kimi son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları, kəskin rütubət və təbii erroziya prosesləri göstərilir.

Hazırda əraziyə təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislər cəlb olunub. Bu peşəkar qrup daha öncə Qız qalası, Qoşa Qala qapısı Sarayı Kompleksi kimi mühüm tarixi abidələrin bərpasında iştirak edib. Əsas məqsəd abidənin tarixi autentikliyini qorumaqla beynəlxalq standartlara uyğun uzunmüddətli dayanıqlığını təmin etməkdir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax