Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda 3 küçə təmirə bağlanır - Siyahı

2 dəq
Paylaş:
Bakıda 3 küçə təmirə bağlanır - Siyahı

Avtomobil Yolları Dövlət Agentliyi Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu 3 ünvanda aparacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” Agentliyə istinadən xəbər verir ki, təmir aşağıdakı ünvanları əhatə edəcək:

1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası)

2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası)

3. prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində)

Təmir işlərinə bu gün saat 23:00-da başlanılacaq və 26 aprel saat 07:00-a qədər yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.

Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.

"Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun yollardan istifadə etsinlər", - deyə agentlik bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax