Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı və Sumqayıtda işıqlar sönəcək

2 dəq
Paylaş:
Bakı və Sumqayıtda işıqlar sönəcək

enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də Bakının Yasamal və rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) aparılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "" ASC məlumat yayıb.

Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Bundan başqa Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski, İsmayıl Hidayətzadə küçələrinin bəzi yerlərində, eləcə də Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə