Operativ Məlumat Mərkəzi

20 Yanvar günü Bakıda bəzi yollar bağlanacaq

1 dəq
Paylaş:
20 Yanvar günü Bakıda bəzi yollar bağlanacaq
bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.Bildirilib ki, yanvarın 20-də saat 08:00-dan etibarən mərasim başa...

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək, bəzi marşrutların istiqaməti dəyişdiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, yanvarın 20-də saat 08:00-dan etibarən mərasim başa çatanadək Parlament prospekti ilə kəsişən və bu prospektə birləşən küçələrdə avtomobillərin hərəkəti tam dayandırılacaq. Məhdudiyyətlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmağa gələn vətəndaşların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi daşıyır.

Bu çərçivədə Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi və Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsindən, Teleteatr binasının qarşısından, həmçinin İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən — Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti–Şəhidlər xiyabanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq alternativ istiqamətlərə yönləndiriləcək.

BDYPİ sürücülərə həmin gün şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər