Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İrandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 min 200 kiloqram portağal məhsulundan nümunələr götürülüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.