Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan futbolunda bu qayda dəyişdi

1 dəq
Paylaş:
Azərbaycan futbolunda bu qayda dəyişdi

Azərbaycanda futbol matçlarında tətbiq edilən su fasiləsinin müddəti 1 dəqiqəyə endirilib və verilmə qaydası dəyişdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Hakimlər Komitəsinin sədri Rəhim Həsənov deyib.

O, bundan sonra qərarın hakimlər tərəfindən deyil, oyun öncəsi AFFA nümayəndəsi tərəfindən veriləcəyini bildirib. Belə ki, oyundan öncə AFFA nümayəndəsi hər iki komandaya fasilədən istifadə olunacağı barədə məlumat verməlidir. Yalnız bundan sonra 1 dəqiqəlik su fasiləsi elan olunacaq.

Komitə sədri fasilənin hava şəraitindən asılı olaraq müəyyənləşdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, normalda havanın temperaturu 32 dərəcəyə çatdıqda su fasiləsi verilir. Lakin avqustda Bakıda 30 dərəcə istidə rütubətlilik yüksək olduğu üçün AFFA nümayəndələri lüzum görərsə, su fasiləsi barədə qərar verə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax