Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə yanvar ayına dair pensiya ödənişləri tam şəkildə başa çatdırılıb.
Bu barədə Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumat verilib.
Məlumata görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçıların vəsaitləri köçürülüb.
Bu gün isə ölkənin digər şəhər və rayonlarında yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, eləcə də güzəştli şərtlərlə təyin olunmuş pensiyalar ödənilib.
Qeyd edilib ki, pensiya alan vətəndaşlar ödənişlərini bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından rahat şəkildə əldə edə bilərlər. Pensiya ödənişləri mövcud qaydalara uyğun olaraq elektron sistem üzərindən həyata keçirilib.