Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Müəllimlərin müsahibə mərhələsi başladı

2 dəq
Paylaş:
Müəllimlərin müsahibə mərhələsi başladı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.

Qeyd edək ki, 3 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq. Nəzərinizə çatdırırıq ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 , 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq. Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə