Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hava kəskin dəyişdi, bəzi ərazilərə qar yağır

2 dəq
Paylaş:
Hava kəskin dəyişdi, bəzi ərazilərə qar yağır

Azərbaycanın dağlıq ərazilərinə qar yağıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin 18 mart saat 10:00-a olan məlumatına əsasən, qarın hündürlüyü Şahdağda 7 sm, Qrızda isə 1 sm alınıb.

Ölkə ərazisində düşən yağıntının miqdarı bölgələr üzrə fərqlənib. Ən çox Şabranda 8 mmQəbələdə 7 mm müşahidə olunub. ZaqatalaSarıbaşda (Qax) 6 mm, QobustanBalakəndə 4 mm, AstaraXaltanda 2 mm yağıntı düşüb.

Digər ərazilərdə – Quba, Qusar, İsmayıllı, , Şəki, Oğuz, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Naftalan, Yardımlı, Biləsuvar, Lənkəran, eyni zamanda Bakıda yarımadasında yağıntının miqdarı 1 mm-dək qeydə alınıb.

17 martda -qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18 m/s, Kəlbəcərdə 17 m/s, BakıdaAbşeron yarımadasında 15 m/s-dək güclənib.

Hazırda Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), Zaqatala, Şəki, Şamaxı, QrızLerikdə duman müşahidə olunur, duman səbəbindən görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

OMM Redaksiyası

Redaksiya heyəti

OperativMMM.az xəbər portalının redaksiya heyəti. Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırırıq. Doğru, qərəzsiz və etibarlı xəbə...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax