Milli Hidrometeorologiya Xidməti fevralın 8-9-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr olacaq.