Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 26 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, Tekirdağ şəhərindən Antalyaya yola düşən sərnişin avtobusu, sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxaraq aşıb.
Hadisə yerindən alınan ilkin məlumatlara görə, qəza nəticəsində çox sayda insan həyatını itirib, xeyli sayda yaralı var.
Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürən və polis briqadaları cəlb olunub.
Hazırda yaralıların xəstəxanalara təxliyəsi və hadisənin başvermə səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir. Ölənlərin şəxsiyyətinin dəqiqləşdirilməsi prosesi aparılır.