Dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib:
“Sertifikatlaşdırılmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Həmçinin bağçalarda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər”.