ABŞ Yaxın Şərqdəki əməliyyatını iki-üç həftə ərzində başa çatdıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə jurnalistlərə açıqlama verib.
"Deyərdim ki, iki həftə ərzində, bəlkə də üç həftə ərzində", - deyə o, bu məsələ ilə bağlı suala cavab olaraq bildirib.
Onun sözlərinə görə, ABŞ Hörmüz boğazının açılışında iştirak etməyəcək və çox tezliklə oradan çıxacaq.
Tramp İranın bir daha heç vaxt nüvə silahı istehsal edə bilməyəcəyinə əminliyini ifadə edib. O iddia edib ki, Vaşinqton İslam Respublikasında rejim dəyişikliyinə nail olub və "daha az radikal liderlər" artıq hakimiyyətdədir.