"ABŞ-nin İrana mümkün hücumu Yaxın Şərqdə uzunmüddətli münaqişəyə səbəb olmayacaq".
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
"Yaxın Şərqdə illərlə sonu görünməyən bir müharibə aparacağımızla bağlı fikrimiz, hətta bunun baş vermə ehtimalı yoxdur", - o bildirib.
Vens həmçinin ABŞ-nin İrana mümkün hücumunun mümkün nəticələrindən də bəhs edərək, Vaşinqton administrasiyasının bu variantı istisna etmədiyinə işarə edib.
Eyni zamanda, ABŞ vitse-prezidenti əlavə edib ki, Vaşinqton İranın nüvə proqramına diplomatik həll yolu tapmağa üstünlük verəcək.
"Düşünürəm ki, hamımız diplomatik varianta üstünlük verərdik. Amma hər şey iranlıların nə edib-etməsindən asılıdır", - vitse-prezident bildirib.