Operativ Məlumat Mərkəzi

Tramp III Dünya Müharibəsinin başlaması ilə bağlı danışıb

2 dəq
Paylaş:
Tramp III Dünya Müharibəsinin başlaması ilə bağlı danışıb

ABŞ prezidenti Davosda keçirilən İqtisadi Forumunda çıxışı zamanı münaqişələrin gərginləşməsi riskindən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ-nin əsas hədəfinin yeni bir dünya müharibəsinin qarşısını almaq olduğunu vurğulayıb.

Trampın sözlərinə görə, Ukraynadakı mövcud münaqişə onun 2020-ci il seçkilərindəki məğlubiyyəti səbəbindən baş verib.

O, qeyd edib ki, əgər həmin vaxt hakimiyyətdə qalsaydı, hadisələr tamamilə fərqli məcrada inkişaf edərdi:

"Biz Üçüncü Dünya Müharibəsini istəmirik və onun qarşısını almağa çalışırıq. Hesab edirəm ki, əgər mən seçilməsəydim, bu vəziyyət Üçüncü Dünya Müharibəsinə çevrilə bilərdi. Bu, həqiqətən çox pis bir vəziyyət idi".

Ağ Evin rəhbəri əlavə edib ki, 2020-ci il seçkilərinin nəticələri fərqli olsaydı, hazırda Ukraynada davam edən qanlı qarşıdurma heç başlamazdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax