ABŞ Prezidenti Donald Tramp 12 iyunda Los-Ancelesdə Paraqvayla keçiriləcək ABŞ milli komandasının açılış matçını izləməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, ABŞ ev sahibliyi etdiyi FIFA Dünya Kuboku çərçivəsində keçiriləcək oyuna prezidentin qatılmaması diqqət çəkən məqam kimi qiymətləndirilir.
Qeyd olunur ki, ABŞ, Meksika və Kanada ilə birlikdə dünyanın ən böyük idman turnirlərindən biri olan Dünya Kubokuna ev sahibliyi edir.
Paraqvay Prezidenti Santyaqo Pena isə iyunun 10-da Kaliforniyaya gedərək matçı stadiondan izləyəcəyini açıqlayıb.
ABŞ Dövlət Departamenti isə rəsmi nümayəndə heyətinə dövlət katibi Marko Rubionun rəhbərlik edəcəyini bildirib.
Bildirilib ki, ABŞ administrasiyası turnir ərəfəsində bəzi diplomatik və təşkilati çətinliklərlə, o cümlədən viza məsələləri ilə üzləşib.
Xatırladaq ki, 48 komandanın iştirak etdiyi turnir iyunun 11-də start götürüb. Oyunlar ABŞ, Meksika və Kanadada ümumilikdə 16 şəhərdə keçirilir.