Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 16:00-a olan məlumatında əks olunub.
Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.
Belə ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxı, Xaltan, Altıağac, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Şahdağda şimşək çaxır, arabir yağış yağır.
***
Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 11:00-a olan məlumatında əks olunub.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Gədəbəydə 32, Balakəndə 27, Sarıbaşda (Qax) 9, Altıağacda 5, Göygöl, Kişçay (Şəki), Qəbələdə 3, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan, Qusarda 2, Ceyrançöl, Şahbuz, Gəncə, Naftalan, Zaqatala, Oğuz, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Kəlbəcər, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağdam, Biləsuvarda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.