Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

UN-Habitat prezidenti: Dayanıqlı şəhərsalma üçün əməkdaşlıq vacibdir

2 dəq
Paylaş:
UN-Habitat prezidenti: Dayanıqlı şəhərsalma üçün əməkdaşlıq vacibdir

Biz yalnız mesajlar verməklə kifayətlənməməliyik. Yeni şəhərsalma gündəliyini yerlərdə tətbiq etməli, real nəticələr əldə etməliyik. Bunun üçün həm dövlət, həm də yerli səviyyədə koordinasiyalı vacibdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-) Assambleyasının fəaliyyətdə olan prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Minq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının () Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı söyləyib.

Nazir qeyd edib ki, qarşıdakı 10 il urbanizasiya siyasətinin uğurlu icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə yüksəksəviyyəli görüşlərin keçirilməsi, mühüm təşəbbüslərin irəli sürülməsi və konkret fəaliyyət planlarının hazırlanması əsas prioritetlərdən biri olacaq.

UN-Habitat Assambleyasının prezidenti diqqətə çatdırıb ki, assambleya şəhərsalma sahəsində ən yüksək qərarverici platforma kimi prosesə istiqamət verir və üzv dövlətlərə müvafiq təlimatlar təqdim edir.

Nga Kor Minq əlavə edib ki, dayanıqlı şəhərlərin qurulması qlobal inkişafın əsas istiqamətlərindən biri olaraq qalır və bu sahədə əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax