"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.
UEFA Avropa Liqası
1/8 final, ilk oyun
7 mart
21:45. "Qarabağ" - "Bayer 04" (Almaniya)
Baş hakim: Benua Bastyen (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu