UEFA bu mövsüm avrokuboklarda final oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasında Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları arasında keçiriləcək həlledici qarşılaşma fransalı FIFA referisi Fransua Leteksyeyə tapşırılıb. Görüş mayın 20-də İstanbuldakı “Beşiktaş Park” stadionunda oynanılacaq.
UEFA Konfrans Liqasının final matçında ədaləti italiyalı Mauritsio Mariani qoruyacaq. “Leypsiq stadionu”nda İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” klublarını üz-üzə gətirəcək oyun mayın 27-də təşkil olunacaq.
Nəhayət, Çempionlar Liqasının final matçına almaniyalı baş hakim Daniel Zibert təyinat alıb. Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları arasında həlledici görüş mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.