İranın paytaxtı Tehran şəhərində gərginlik artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin mərkəzi hissəsində, ölkənin Ali Rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığında zərbə endirildiyi iddia edilir.
Hadisənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, hadisə strateji əhəmiyyətli zonada baş verib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.
Hazırda hadisə yerində araşdırmalar davam edir və rəsmi Tehran hələlik baş verənlərlə bağlı geniş bəyanat yaymayıb.