Ağdam rayonunun Xıdırlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, ölənlərdən biri “VAZ 2107” markalı avtomobilin sürücüsü, Ağdam sakini Cəsarət (soyadı dəqiqləşdirilir) adlı şəxsdir.
Qəza zamanı avtomobildə olan sərniş 1996-cı il təvəllüdlü Alimə Səxavət qızı Məmmədova və onun azyaşlı övladları, 2016-cı il təvəllüdlü Seymur Rəhimli və 2015-ci il təvəllüdlü Sevgi Rəhimli ağır xəsarətlər alıblar.
İlkin məlumata görə, Alimə Məmmədovanın ayaqları sınıb, uşaqların vəziyyəti isə ağır qiymətləndirilir.
Qeyd edək ki, Alimə Məmmədova Ağdərə rayonunun Vəngli kəndinə köç etmiş sakinlərdəndir.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdamda yol qəzası baş verib, ölənlər və yaralananlar var.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hadisə rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır xəsarət alıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.