Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə Fransayaya yanğınlarla mübarizə üçün təyyarələr göndərdi

2 dəq
Paylaş:
Türkiyə Fransayaya yanğınlarla mübarizə üçün təyyarələr göndərdi

Avropada bir neçə gündür davam edən genişmiqyaslı meşə yanğınları ilə mübarizəyə dəstəyini davam etdirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla " Haber" məlumat yayıb.

Bildirilib ki, İspaniyaya göndərilən yanğınsöndürmə təyyarələrindən sonra Fransanın müraciətinə də operativ cavab verilib.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı sosial bildirib ki, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında Fransanın yardım tələbi nəzərə alınaraq ölkəyə iki yanğınsöndürmə təyyarəsi göndərilib.

Nazirin sözlərinə görə, Avropada davam edən meşə yanğınları bu fəlakətlə mübarizənin nə qədər çətin olduğunu bir daha nümayiş etdirir.

O vurğulayıb ki, Türkiyə malik olduğu texniki imkanlar və topladığı təcrübə sayəsində yalnız öz meşələrini deyil, zərurət yarandıqda digər ölkələrin meşələrini qorumaq üçün də məsuliyyət daşıyır.

İbrahim Yumaklı qeyd edib ki, Türkiyə İspaniyaya göstərdiyi dəstəyin ardından Fransanın müraciətinə də qısa müddətdə cavab verib.

O, missiyaya yola düşən ekipajlara uğurlar arzulayıb, yanğınların söndürülməsi istiqamətində bütün əməkdaşlara asanlıq diləyib.

Nazirin sözlərinə görə, Türkiyə bu anlayışla həmrəyliyi və meşə yanğınları ilə mübarizəni qətiyyətlə davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax