Türkiyə milli müdafiə nazirinin müavini Hərbi İnstitutda olub - VİDEO

Türkiyə milli müdafiə nazirinin müavini Hərbi İnstitutda olub - VİDEO
28.02.2024 12:56
Aa
dəq

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına qızılgüllər qoyulub, xatirələri dərin hörmət və ehtiramla anılıb.
Qonaqlara hərbi institutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim edilib, iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb.
Türkiyə nümayəndə heyəti institutun ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Qonaqlar burada kursantların tədris prosesinin gedişatı ilə də maraqlanıblar.
Hərbi institutun akt zalında keçirilən tədbirdə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə igid, qorxmaz oğullarımızın azadlıq uğrunda apardıqları mübarizədən, tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən, bu əlaqələrin bütün türk dünyası üçün mühüm əhəmiyyətə malik olmasından, qardaş ölkə Türkiyənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü hər zaman dəstəkləməsindən danışıblar.
Sonda birgə xatirə şəkli çəkdirilib, qarşılıqlı hədiyyələr təqdim olunub.

Həftənin ən çox oxunanları

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO
DAVAMIN OXU davamın oxu

Kərə yağı bahalaşıb?

Kərə yağı bahalaşıb?
DAVAMIN OXU davamın oxu