ABŞ Prezidenti Donald Tramp televiziya aparıcısı Savanna Qutrinin anası Nensi Qutrini qaçıranları ən ağır cəza ilə hədələyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Prezident bildirib ki, Nensi Qutri fevralın 1-də Tuson şəhərətrafındakı evindən qaçırıldıqdan sonra sağ-salamat geri qaytarılmasa, adam oğurlayanları “ən ağır” federal nəticələr gözləyir.
“Ən ciddi cəza, bəli, doğrudur”, – deyə Tramp niyyətini təsdiqləyib.