Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp hücuma necə cavab verəcək? - ABŞ qisas alacağını açıqladı

1 dəq
Paylaş:
Tramp hücuma necə cavab verəcək? - ABŞ qisas alacağını açıqladı

ABŞ Prezidenti Tramp Ər-Riyaddakı ABŞ səfirliyinə edilən hücumla bağlı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Donald Tramp "NewsNation" jurnalisti Kelli Meyerə müsahibəsində Vaşinqtonun Ər-Riyad şəhərində ABŞ səfirliyinə hücuma cavab verəcəyini və Amerika əsgərlərinin ölümünün qisasının alınacağını bildirib.

Armenpress-in məlumatına görə, jurnalist bu barədə platforması X-dəki səhifəsində yazıb. Onun sözlərinə görə, Tramp hücuma cavabın necə olacağının tezliklə bəlli olacağını qeyd edib.

ABŞ Prezidenti eyni zamanda bölgəyə quru qoşunlarının yerləşdirilməsinə ehtiyac olmayacağına inandığını vurğulayıb.

Bundan əvvəl ABŞ-nin Ər-Riyaddakı səfirliyinə iki pilotsuz uçuş aparatı ilə hücum edildiyini açıqlamışdı. Hücum nəticəsində səfirliyin ərazisində yanğın baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax