ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində rəsmi Tehranın münaqişənin həlli istiqamətindəki danışıqlarda nüvə silahı hazırlamamaq və ya əldə etməməklə bağlı razılığa gəldiyini bildirib.
Trampın sözlərinə görə, hazırlanan saziş layihəsində İranın nüvə silahına sahib olmayacağı ilə bağlı müddəa xüsusi vurğulanır və bu, danışıqlar prosesində əhəmiyyətli bir məqamdır. ABŞ Prezidenti, həmçinin qeyd edib ki, əldə olunacaq potensial razılaşma imzalandıqdan sonra Hörmüz boğazının gəmiçilik üçün açılmasını da nəzərdə tutur.