Bakının bir sıra mərkəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) rəsmi məlumat yayıb.
Hazırda paytaxt yollarındakı son vəziyyət aşağıdakı kimidir:
- Bakı-Sumqayıt şosesi — "20 Yanvar" metro stansiyası istiqamətində;
- Binəqədi şosesi — "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
- 8 Noyabr prospekti — Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti — Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- Babək prospekti — mərkəz istiqamətində;
- Mikayıl Müşfiq küçəsi — "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
- 28 May küçəsi — Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Tbilisi prospekti — "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- Afiyəddin Cəlilov küçəsi — Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.