Bakıda hazırda bir neçə əsas yol və prospektdə nəqliyyat sıxlığı yaranıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, tıxac müşahidə olunan ərazilər bunlardır:
Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində
Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər
Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində
Tbilisi prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri və hərəkət zamanı ehtiyatlı olmaları tövsiyə olunur.