Azərbaycanda martın 19-da hava şəraitinin istiləşəcəyi və temperaturun 20 dərəcəyə çatacağı gözlənilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz isə 10-15° isti təşkil edəcək.
Paytaxtda atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət isə gecə və gündüz 75-85 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimal edilir. Arabir duman müşahidə olunacaq və mülayim şərq küləyi əsəcək. Temperatur gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda isə gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.