Tehran-Bakı reysləri açılıb

Tehran-Bakı reysləri açılıb
06.05.2025 11:13
Aa
dəq

Gündəlik Tehran-Bakı reysləri açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Möhecerani mətbuat konfransında bildirib.

“Prezident Məsud Pezeşkianın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çoxsaylı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub. Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı reysləri açılıb”, - o qeyd edib.

Həftənin ən çox oxunanları