Operativ Məlumat Mərkəzi

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfərə gəlib

1 dəq
Paylaş:
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfərə gəlib
hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Tacikistan...

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər