İsveç futbol millisi 2026-cı il dünya çempionatının F qrupunda ilk oyununa inamlı qələbə ilə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Meksikada keçirilən qarşılaşmada İsveç yığması Tunis üzərində 5:1 hesablı qələbə qazanıb.
Bununla da İsveç turnirdə ilk üç xalını əldə edib. F qrupunun digər matçında isə Niderland və Yaponiya komandaları 2:2 hesablı heç-heçə ediblər.
İsveç növbəti turda iyunun 20-də Niderlandla qarşılaşacaq. Tunis isə iyunun 21-də Yaponiya ilə üz-üzə gələcək.