Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Toy karvanları yollarda qəza şəraiti yaradır - NİİM xəbərdarlığı

2 dəq
Paylaş:
Toy karvanları yollarda qəza şəraiti yaradır - NİİM xəbərdarlığı

"Toy karvanları"nda iştirak edən bəzi sürücülər qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza yaradırlar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu, prospektində "toy karvanı"nda hərəkət edən bir neçə vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.

"Toy karvanı"nda iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə, ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər. Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin"!, - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax