Suraxanı dəmir yolu stansiyasında narkotik satışı ilə məşğul olan qadın saxlanılıb

Suraxanı dəmir yolu stansiyasında narkotik satışı ilə məşğul olan qadın saxlanılıb
08.05.2023 14:32
Aa
dəq

Suraxanı dəmir yol stansiyasında narkotik vasitələr satan şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Suraxanı dəmir yolu stansiyasında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Aynur Zeynallı saxlanılıb.

Onun üzərindən və yaşadığı evdən ümümilikdə 21 büküm satış məqsədi ilə qablaşdırılan külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.

A.Zeynallı narkotikləri tanışı Zaur adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - paytaxt sakini Zaur Qurbanov da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində narkotiklərin satışı ilə məşğul olduğunu və A.Zeynallıya da narkotikləri pul müqabilində verdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq ve Təhqiqat Qrupunda araşdırmalar
aparılır.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu