Əsas məzmuna keç

Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO - YENİLƏNİB

Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO - YENİLƏNİB

hadisə "Jalə-94" ticarət mərkəzində qeydə alınıb. Əraziyə FHN əməkdaşları cəlb edilib.  ...

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda mərkəzində yanğınla bağlı məlumat yayıb.

FHN-dən APA-ya məlumata görə, Nazirliyinin “112” xəttinə şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə "Jalə-94" ticarət mərkəzində qeydə alınıb.

Əraziyə FHN əməkdaşları cəlb edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…