Operativ Məlumat Mərkəzi

Sumqayıtda aptekdən soyğunçuluq olunub

1 dəq
Paylaş:
Sumqayıtda aptekdən soyğunçuluq olunub
Sumqayıtda aptekdən soyğunçuluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən xəbərə görə, aprelin 3-də...

Sumqayıtda aptekdən soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən xəbərə görə, aprelin 3-də saat 22 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisindəki apteklərin birindən 187 manat dəyərində gigiyenik vasitənin soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Gündüz Məmmədov müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər