Martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik və Yardımlıda şərq küləyi əsəcək.
Qeyd olunan ərazilərdə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.