Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dünya Çempionatı matçı zamanı qarşıdurma: Onlarla saxlanılan var

2 dəq
Paylaş:
Dünya Çempionatı matçı zamanı qarşıdurma: Onlarla saxlanılan var

şəhərində keçirilən "" matçı ərəfəsində ciddi insident qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, maskalı şəxslərdən bir qrup stadionun girişinə daxil olmağa cəhd edərkən polis əməkdaşlarına hücum edib.

Hücum zamanı asayiş keşikçilərinə daş, kərpic və "molotof kokteyli" atılıb. Hadisə nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb.

Meksika Vətəndaş Təhlükəsizliyi Katibliyinin sözçüsü bildirib ki, ərazidə toplaşan təxminən 800 etirazçıdan ibarət iki qrupdan ayrılan 200-ə yaxın maskalı şəxs təxribat törədib.

Paytaxt polisi vəziyyəti qısa müddətdə nəzarət altına alıb və onlarla şəxs saxlanılıb.

Rəsmilər vurğulayıblar ki, bu siyasi xarakter daşımır və ölkədəki digər sosial etirazlarla birbaşa əlaqəli deyil.

Stadion ətrafında 3 kilometrlik yolun bağlanmasına və bir neçə etirazçı qrupunun toplaşmasına baxmayaraq, qarşılaşmanın təxirə salınması ilə bağlı narahatlıqlar özünü doğrultmayıb.

Oyun planlaşdırıldığı vaxtda start götürüb. Həmçinin, şəhərin mərkəzindəki "Zócalo" meydanında təşkil olunan "FIFA Fanfest" tədbiri də cəhdlərinə rəğmən normal qaydada davam edib.

Qeyd edək ki, Meksika Prezidenti "Claudia Sheinbaum" biletini 21 yaşlı lotereya qalibinə hədiyyə etdiyi üçün oyunu stadiondan izləməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax