Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AAYDA rəqəmsallaşma planını açıqladı

2 dəq
Paylaş:
AAYDA rəqəmsallaşma planını açıqladı

Yolları Dövlət Agentliyi (AAYDA) rəqəmsallaşma, və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə AAYDA-ya istinadən xəbər verir. Müzakirələr agentliyin İdarə Heyətinin 2026-cı ilin birinci yarımilinin yekunlarına və qarşıdakı dövr üzrə prioritet vəzifələrə həsr olunmuş onlayn iclasında baş tutub.

Qeyd olunub ki, bu xəritə, yol təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin daha çevik, şəffaf və səmərəli təşkili, eləcə də vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İclasda strateji prioritetləri, müasir idarəetmə prinsipləri və transformasiya çağırışlarına uyğun olaraq agentlikdə həyata keçirilən struktur islahatlarının nəticələri, hesabat dövrü ərzində görülmüş işlər, icra olunan layihələr və qarşıdakı dövr üzrə əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli çıxışında dövlətimizin rəqəmsal transformasiya siyasətinin əhəmiyyətini vurğulayaraq, idarəetmədə innovativ yanaşmaların tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin agentliyin əsas inkişaf istiqamətlərindən biri olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax