"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi "Vestri"yə qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakıdakı matçı moldovalı FIFA referisi Roman Jitari idarə edəcək.
Ona həmyerliləri Vlad Lifçu və Vadim Vikol köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək. VAR-da isveçrəli Luka Cibelli, AVAR-da Anoen Kanaqasinqam əyləşəcək.
Səfərdəki görüşdə isə çexiyalı FIFA referisi Marek Radina söz sahibi olacaq. Yan xətt hakimləri Kamil Hayeklə Petr Kotalik, dördüncü hakim Daniel Vokoundur. VAR hakimi Tomaş Koçurek, AVAR hakimi Andrey Berka olacaq.